Litvada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsinə onun Litvada vəfat etdiyi bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib.
Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib, harda olub, evdən nə vaxt çıxıb, dəqiq məlum deyil. Detallar istintaq araşdırmasından sonra məlum olacaq.
Qeyd edək ki, 16 yaşında iki kitab müəllifi olan Mircavad Həşimli Mirvadər oğlu AYB - nin üzvü olub, 2021- 2022- ci illərdə ixtisası üzrə Erasmus proqramı ilə Türkiyənin Hacettepe Universitetində 6 aylıq tədris proqramı keçib. Bakalavr təhsilini ingilis dilində Litvada , Kaunasda Vyatus Magnus Universitetində davam etdirirdi.
Oxu24.com
ŞƏRHLƏR