Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88951
az

Daşkəsəndə biabırçı olay - "100 qram içəndən sonra qonşunun qızını hamamda..."

16:5913 May, 2023
377
KRİMİNAL
  • A

Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar şərti verilib - red.) təcavüz edib.

OXU24.COM  bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Eldar 28 avqust 2020-ci ildə, saat 14 radələrində orta dərəcəli sərxoş vəziyyətində əvvəlcədən tanıdığı, yetkinlik yaşına çatmayan Aytacın yaşadığı mənzilin pəncərəsinin qarşısına gəlib.

Eldar orada Aytacla bir qədər danışıb və valideynlərinin evdə olmadığını bildikdən sonra onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu niyyətlə Aytaca pul verərək meyvə arağı almaq adı ilə ondan dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısının açarını pəncərədən alıb.

Eldar qapını açıb və mənzilə daxil olub. O, əvvəlcə Aytacdan bir stəkan su istəyib. Lakin ona verilən suyu içməyərək yerə töküb və stəkanı əlində sındırıb.

Daha sonra Aytacın köməksiz vəziyyətindən istifadə edib, onu mənzilin hamam otağına aparıb. Orada saçından tutaraq sifət nahiyəsinə şillə ilə vurub və müqavimətini qırıb.

Bundan sonra Aytaca qarşı seksual xarakterli hərəkətlər edib. Onu zorla arxası üstə yerə uzadıb və bu hərəkətləri ilə ona dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib.

Cinsi əlaqədə olmağa çalışan zaman Aytacın qızlıq pərdəsində qansızma yaradıb. Həmin vaxt evdə olan Aytacın bacısı Səbinə köməyə çağırdığı qonşular evin hamam otağına daxil olublar. Onlar Eldarın yarıçılpaq vəziyyətdə Aytacın üzərində uzandığını görüblər. Ondan ayağa qalxmasını, hərəkətlərini dayandırmasını tələb etsələr də, Eldar bu tələblərə əhəmiyyət verməyib.

Orada olanlar Eldarın bədəninin müxtəlif nahiyələrinə şillə və yumruq vurublar. Onu Aytacdan kənarşaldıra biliblər.

"Çöllükdə 3 nəfərə yarım litr araq içdik"

İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 29,149.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, avqustun 28-də səhər saat 10 radələrində tanışı, soyadını bilmədiyi Elçin adlı şəxslə Daşkəsən şəhərində yerləşən adsız yeməkxanalardan birində yarım litr araq içib: "Sonra ikimiz Vüqar adlı tanışlarımızı da götürdük və birlikdə dağ tərəfdə çöllükdə 3 nəfərə yarım litr araq içdik. Ardınca şəhərə qayıtdıq".

"Dəhlizdə 2-3 dəqiqə gözlədim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nəsibəgilin evində çəkilmə araq və çaxır olduğunu eşitdiyi üçün saat 13 radələrində dostlarından ayrılıb, təklikdə Bakıda olan iş yoldaşına araq almaq məqsədilə Nəsibənin evinə gedib:

"Həmin ünvana çatanda pəncərədə azyaşlı uşaqları gördüm. Onlarda evlərində satılıq çəkilmə araq olub-olmamasını soruşdum. Uşaqlar evlərində çəkilmə arağın olduğunu bildirdilər. Mən də bloka girdim, birinci mərtəbədə sol qapını döydüm. Qapını Nəsibənin qızı Aytac açdı.

Nə lazım olduğunu soruşduqda, çəkilmə araq almaq istədiyimi dedim. Aytac atasının araq gətirdiyini dedi, içəri otağa keçdi. Mən də içəri keçdim və dəhlizdə Aytacı 2-3 dəqiqə gözlədim".

"İzah etmək istədim"

Eldar bildirib ki, bu zaman təbii ehtiyacını ödəmək üçün ayaqyoluna girib: "Ayaqyolundan çıxanda qonşuluqda yaşayan, əvvəldən tanıdığım Cəlalə adlı qadın açıq olan qapıdan içəri keçdi və mənə evdə nə etdiyimi soruşdu. Mən də cavabımda Nəsibəgilin evində çəkilmə araq olduğunu, ona görə də almaq üçün gəldiyimi dedim.

Cəlalə məndən onsuz da içkili olduğumu, yenidən niyə araq almaq istədiyimi soruşdu. Ona arağı başqa adama almaq istədiyimi izah etmək istəmədim, evdən getdim".

"Bacıma qulaq asmadım"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytacın sözlərinə görə, avqustun 28-də yaşadığı evin pəncərəsi qarşısında olan zaman məhəllə sakini kimi tanıdığı Eldarın dayanaraq ona baxdığını görüb: "Eldar qapını açmağımı istədi. Ona valideynlərimin evdə olmadığını, buna görə də qapını açmayacağımı dedim. Həmin yerdən getməsini tələb etdim.

Bu zaman o, cibindən 1 manat pul çıxarıb mənə uzatdı, meyvə arağı alacağını söylədi. Bundan sonra evin dəhlizində olan kartof yeşiyinin altındakı açarı götürərək pəncərədən Eldara verdim.

Eldar həmin açarla qapını açaraq mənzilə girdi. Açarı Eldara verən zaman bacım Xumar mənə açarı verməməyimi dedi. Lakin ona qulaq asmadım".

"Məni hamamın ortasına gətirdi"

Zərərçəkmiş qeyd edib ki, Eldar yaşadığı mənzilə daxil olarkən azyaşlı qardaşı Əli, azyaşlı bacıları Xumar və Aydan da onun yanında olublar: "Eldar qardaş-bacılarımı digər otağa saldıqdan sonra bir stəkan su istədi. Mətbəxdən su gətirdim. Amma suyu içmədi, stəkanı əlində sındırdı və yerə atdı. Zorla əlimdən tutaraq məni hamam otağına apardı.

Hamam otağına girdikdən sonra məni yerə yıxmağa çalışdı. Müqavimət göstərərək əlindən çıxdım və hamamdan çölə qaçmaq istədim. Saçımdan tutub məni hamamın ortasına gətirdi. Daha sonra əynindəki paltarlarını soyundu. Sonra məni də soyundurdu. Bu vaxt Eldar çılpaq vəziyyətdə idi.

Məni buraxması üçün ona yalvardım, hamamda ürəyimin sıxıldığını dedim. Amma məni buraxmadı, hərəkətlərinə davam etdi. Əli ilə saçımdan tutdu, başımı aşağı əydi. Üzümə və digər nahiyəmə iyrənc hərəkətlər etdi. Geri durmaq istəyəndə əli ilə saçımı tutduğu üçün başımda ağrı hiss etdim və geriyə çəkilə bilmədim.

Ağrıdan qışqırdıqda Eldar əli ilə ağzımı tutdu, səsszi dayanmağımı tələb elədi. Mənə qarşı dəfələrlə əxlaqsız hərəkətlər etdi".

Azyaşlı hər şeyi çılpaqlığı ilə danışdı

Zərərçəkmiş ifadəsində ona qarşı olan iyrənc hərəkətləri çılpaqlığı ilə danışıb. Qızın sözlərinə görə, Eldar iyrənc hərəkətlər etdikdən sonra saçından tutub və kürəyi üstə uzanmağa məcbur edib: "Həmin vaxt qorxudan əsərək qışqırdım. Eldara məni buraxması üçün yalvardım. Amma o, hərəkətlərinə davam elədi, sağ əli ilə ağzımı tutdu, məni qışqırmağa qoymadı.

Hamamda kürəyi üstə yerdə uzanan zaman Eldar təkrarən mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Sinəmdə oturaraq təxminən iki dəfə mənə qarşı iyrənc hərəkətlərə cəhd etsə də, buna imkan vermədim.

Bundan sonra sinəmin üzərindən aşağı sürüşdü və mənə qarşı digər seksual hərəkətlər etməyə başladı. Mən səs-küy salanda şillə ilə sifətimdən vurdu, səsimi kəsməyimi tələb etdi. Mən ağlayaraq qışqırdım, ətrafdan kömək istədim".

Qonşular köməyə gələndə...

Zərərçəkmiş qeyd edib ki, bu zaman Eldar onu zorlamaq üçün güclə irəli hərəkət edib: "Şiddətli ağrıya dözə bilmədim. Azyaşlı bacım Xumarın isə evin dəhlizində ağladığını, hamamın qapısını açmağa çalışdığını gördüm. Eldar qapını möhkəm örtdüyü üçün Xumar onu aça bilmədi.

Eldar hamamda təxminən 10-15 dəqiqə ərzində mənimlə cinsi əlaqədə olmağa çalışarkən qəflətən hamamın qapısının açıldığını, qonşuluqda yaşayan Cəlalə və Səidənin hamama daxil olduqlarını gördüm. Yalvararaq həmin şəxslərdən kömək etmələrini, məni Eldarın əlindən almalarını istədim.

Cəlalə Eldarın kürək nahiyəsindən tutaraq onu özünə dartdı. Qonşular Eldarın ünvanına kobud söyüşlər söyərək onun sifətinə tüpürdülər. Cəlalə məni xilas etmək üçün şillə və yumruqla Eldarın sifət, təpə nahiyəsinə zərbələr endirdi".

"Qoymayın, ay camaat, uşaq zorlayanı tutun"

Zərərçəkmiş qeyd edib ki, bu zaman ayağa duraraq Cəlalənin arxasına keçib və ondan kömək istəyib: "Eldar bir qədər əvvəl soyunduğu şalvarı geyinərək evdən çölə qaçdı. Qonşular onun arxası ilə düşərək onu tutmağa çalışdılar, "qoymayın, ay camaat, uşaq zorlayanı tutun" deyə qışqırdılar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Eldar 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı
Xaçmazda evdən qadının meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi