Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88925
az

İşçi tələb olunur: Maaş 2000 AZN

11:5713 May, 2023
878
REDAKTORUN SEÇİMİ
  • A

Azmədənistehsal MMC

Baş mühasib

 Son tarix 12 iyn 2023 - [email protected]

Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
Bütün mühasibat məlumatlarının 1C mühasibat proqramına inteqrasiya edilməsi.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin təmin edilməsi və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. 
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
Mühasibat sənədlərinin (vergi bəyənnamələrinin, uçot sənədlərinin, debitor və kreditor sənədlərinin və s.) çoxaldılması, tərtib edilməsi, vaxtaşırı (aylıq, rüblük, illik) rəhbərliyə təqdim edərək arxivləşdirilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Qeyd edilən bütün vəzifələrin AR-nın müvafiq qanunvericiliyinə uyğun yerinə yetirilməsini təmin edir.
Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr  
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq 
Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılmasını təmin etmək
Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət
İllik inventarizasiyanın keçirilməsinin təmin edilməsi və bu işin koordinasiyası
Şirkətə məxsus bütün maddi aktivlərin uçotunun və qeydiyyatının təmin edilməsi (maddi məsul şəxslər üzrə, yerləşdiyi yerlər üzrə və s.)
Növbəti ayın 10 tarixinə kimi aylıq və illin əvvəlindən artan yekunla dövrü, növbəti ilin fevral ayının 15 tarixinə kimi isə illik maliyyə hesabatların hazırlanması: Balans Hesabatı, Mənfəət və Zərər Haqqında Hesabat, birbaşa metodla hazırlanmış Pul Axınları Haqqında Hesabat, Kapitalda Dəyişikliklər Barədə Hesabat
Növbəti ayın 5 tarixinə kimi 3 aylıq ödənişlər (mədaxil və məxaric) proqnozunun hazırlanması və ödənişlərin həmin proqnoza uyğun aparılmasına nəzarət
İllik büdcənin hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
İllik büdcənin icrası ilə bağlı hesabatlarıın hazırlanması
Aylıq istehsal proqnozların hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası  
Aylıq istehsal proqnozların icrası ilə bağlı hesabatlarıın hazırlanması
Şirkətin daxili biznes proseslərinin və prosedurlarının mütəmadə olaraq təhlil olunmasını və tələb olduqda onların yenilənməsini təmin etmək   
Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsini təmin etmək və mühasibat şöbəsinin işinə nəzarət etmək
Birbaşa rəhbərdən alınan bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək     
Namizədə tələblər: 
Ali təhsil/ mühasibatlıq ixtisası üzrə
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi 
1C-də işləmək bacarığı
Təşkilati, analitik və idarəetmə bacarıqları  
İş şərtləri: 
5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
Əmək haqqı:  1500-2000 AZN
İş yeri Xırdalan ərazisində yerləşir
Nahar şirkət tərəfindən təmin olunur 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya nə qədər təzminat ödəməlidir?
Təyyarənin dron görüntüləri - VİDEO
Meyitlər nə vaxt gətiriləcək?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var