Roma rəhbərliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ukrayna dövlət başçısının səfəri ilə əlaqədar İtaliya paytaxtının hava məkanı bağlanacaq.
Qeyd edilib ki, təhlükəsizlik tədbiri polis helikopterlərinin köməyi ilə həyata keçiriləcək. Bundan başqa, V.Zelenskinin səfəri ilə əlaqədar dəmiryol vağzallarında və hava limanlarında nəzarət gücləndiriləcək.
Xatırladaq ki, V.Zelenskinin mayın 13-də İtaliyaya səfər edəcəyi gözlənilir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR