Almaniya hökuməti 123 yeni “Leopard 2” tankı sifariş edə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə əsasən məlumat yayıb.
Agentliyin məlumatına görə, Berlin Kiyevə hərbi texnika göndərdikdən sonra orduda yaranan çatışmazlığı kompensasiya etməyi planlaşdırır.
Belə ki, Almaniya hökuməti 18 yeni “Leopard 2” tankı almağa artıq hazır olduğunu bəyan edib və hərbi texnika çatışmazlığını aradan qaldırmaq üçün gələcəkdə əlavə 105 ədəd tank sifariş etməyi planlaşdırır.
Tank alışı üçün həyata keçiriləcək əməliyyatların ümumi məbləği 3,2 milyard dollar qiymətləndirilir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR