Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88859
az

Sərxan Sərxan cavan qalmasından danışıb - FOTO

14:5912 May, 2023
457
ŞOU-BİZNES
  • A

"Bir müddətdir ki, Bakıdayam. Qəlbim hər zaman Bakı ilə döyünüb. Moskvada olanda da bilirdim ki, müvəqqəti getmişəm. Mən vətənimi heç vaxt tərk etməmişəm. Səhər tezdən durub idman edirəm, daha sonra gitarada 1 saat məşq edirəm ki, barmaqlar öyrəşsin. Evdə studiyam var. Dostlarla görüşlərim olur. Yaradıcılıq çox ciddi bir məsələdir. Bəzən elə olur ki, illər əvvəl ifa etdiyin mahnını, baxırsan ki, başqa cür ifa etmək lazım olur. Yaradıcılığın axırı, sonu yoxdur. Mənim repertuarım çox genişdir. Təhsilimi də Moskavada almışam, ilk addımlarımı da Moskvada atmışam. Ona görə də mənim repertuarımda rus dilində mahnılar çoxdur. Hər mahnı bir obrazdır. Onu gərək səhnədə yaradasan".

OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Sərxan Sərxan deyib.

"Musiqiləri özüm üçün yazıram. Hətta hamıya deyirəm ki, məni təqdim edəndə bəstəkar deyə təqdim etməyin. Özüm üçün yazıb, özüm üçün oxuyuram. Başqa bəstəkarların ifalarını da oxuyuram. Bəzən müğənnilər zəng edirlər ki, "Sərxan müəllim, olarmı mahnınızı oxuyum?". Vallah mən etiraz etmirəm. Pis də oxumurlar. Bəzən restorana gedirəm, görürəm ki, müğənnilər oxuyurlar. İncəsənət kütləvi ola bilməz. Elə mahnılar var ki, onlar ancaq bazarlarda, küçələrdə dinlənilir. O mahnıları efirlərdə vermək düzgün deyil. Bizim xalqımız yaxşını pisdən seçəndir. Zaman-zaman öz qiymətlərini verirlər. Mən toy mahnılarının səhnəyə gətirilməsini istəməzdim. Toy başqadır, səhnə başqa. O vaxt Aztv-də qara siyahı var idi. Hansı müğənni toylara gedirdi, onları efirə çağırmırdılar. İndi tamamilə əksinə olub" deyə sənətkar bildirib.

Xalq artisti cavan qalmasından da danışıb.

"Çox tez-tez deyirlər ki, heç dəyişməmisiz, necə görmüşüksə elə də qalmısız. Səhnə insanı cavan saxlayır. Daxili aləmini gərək gözəl, saf saxlayasan. İnsan həm də öz qiymətini bilməlidir. Yaraşıqlı olduğuma görə ata və anama təşəkkür etməliyəm. O zaman pərəstişkarlarımın xoşlarına gəlirdim. Həmin xanımların sevdikləri şəxslər məni onlara qısqanırdılar. Tərs-tərs baxışlarla mənə baxırdılar" deyə sənətkar bildirib.

Sərxan Sərxan məhəbbət mövzusundan da danışıb.

"Məhəbbət arzudur. Əgər bu hiss səndə yaşamırsa, demək ki, sən də yaşamırsan. Məhəbbət təkcə kimisə sevmək demək deyil. Bu mənim üçün çox geniş bir anlamda olan sözdür" deyə müğənni bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti: "Rasim Balayev məndən qisas alır"
Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO

Mərdəkanda 52 yaşlı kişi qətlə yetirildi: saxlanılan var

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Mərdəkanda 52 yaşlı kişi qətlə yetirildi: saxlanılan var