Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88845
az

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

12:4412 May, 2023
130
KRİMİNAL
  • A
Bakıda tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədova hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Ş.Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Qeyd edək ki, hadisə ötən ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Ş.Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışın, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Ş.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı
Bank kartından      oğurluq      edildi
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Şahidlər danışır - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı