Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88842
az

Süleyman Soylu: “ABŞ seçkilərə müdaxilə edir”

12:1712 May, 2023
106
  • A
“ABŞ seçkilərə müdaxilə edir”. Oxu24.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden 2016-cı ildə çevriliş cəhdi ilə eləmək istəmədiyini, amma bacarmadığını indi seçkilərlə etmək niyyətindədir: “Bizim siyasətimizi bəyənməyənlər qarşı tərəfə keçir. FETÖ hələ də gündəmdədir. Hansısa əməliyyatın icra olunduğunu hər kəs görür”. Qeyd edək ki, daha əvvəl Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyini iddia etmişdi. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ -Pilotlar TƏSDİQLƏDİLƏR
Ronaldinyo da Bakıya gəldi - Foto
Litva Belarusla gömrük razılaşmasını ləğv edib

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü