Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88819
az

Azərbaycanda nişanlı qız cehiz pulunu götürüb başqası ilə qaçdı - "Qeyri-təbii yolla cinsi əlaqədə olduq"

21:2111 May, 2023
193
KRİMİNAL
  • A

Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 2006-cı il təvəllüdlü Arzuya (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.

OXU24.COM  bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Ələsgər vatsap vasitəsi ilə tanış olduğu Lerik rayon sakini Arzunun etibarından sui-istifadə edib. Onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilib və yaşını artıracağı, onunla nikaha daxil olacağı barədə yalan vəd verib. Bu vədinə qızı inandırararaq 2022-ci il avuqust ayının müxtəlif günlərində ümumilikdə ondan 11.760 manat alıb.

Ələsgər 2022-ci il avqustun 28-də Arzunu yaşadığı Lerik rayonunun kəndindən idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakıya, "Astola hotel"ə aparıb. Həmin gün saat 7 radələrində otelin 302 nömrəli otağında cinsi ehtirasım təmin etmək məqsədi ilə Arzuya qarşı zor tətbiq edib və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Ələsgərin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələsgər ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2022-ci il avqustun əvvəllərində Arzunu vatsapda tanımaqla münasibətləri yaranıb: "Arzu 17 yaşında olduğunu bildirdi və qohumu ilə məcburən ailə qurmasının qarşısını almaqdan ötrü yaşını böyüdə bilib-bilməyəcəyimi soruşdu. Yalandan onunla evləyənəcəyim vədini verdim. Arzudan yaşadığı Lerik rayonunun kəndində tədricən bir neçə dəfəyə 11.760 manat məbləğində pul aldım. Həmin pulu şəxsi ehtiyaclarıma xərcləmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqustun 28-də gecə saat 3 radələrində Lerik rayonunun kəndindən Arzunu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə "Astola hotel"ə aparıb: "Həmin gün, saat 7 radələrində oradakı 302 nömrəli otaqda razılıq əsasında Arzu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Arzunun sözlərinə görə, 2022-ci il avqustun 18-də vatsapda adının Ələsgər olduğunu bildirən şəxslə tanış olub:

"Valideynlərim məni sevmədiyim biri ilə ailə qurmağa məcbur etdiklərini dedim. Ələsgər mənə kömək edərək, bu evlilikdən canımı qurtaracağını, Türkiyə apararaq mənimlə evlənəcəyinə vəd verdi. Yaşımı artıracağı müqabilində vəkilə pul verməli olduğunu bildirdi və göstərilən ərəfədə yaşadığım kəndə bir necə dəfə gələrək məndən ümumilikdə 11.760 manat məbləğində cehiz pulumu aldı".

Zərərçəkmiş şəxs qeyd edib ki, avqustun 28-də saat 3 radələrində Ələsgər mobil telefonuna zəng edəndə gizlicə evdən çıxıb və onun idarə etdiyi "Toyota Prius" markalı avtomobilin arxa oturacağında əyləşib: "Həmin vaxt Ələsgərə son 1860 manatı verdim. Bakı şəhərinə çatdıqda məni tanımadığım otelə apardı və orada mənimlə zorla cinsi əlaqəyə girdi. Ələsgər hamının arxamızca düşdüyünü bəhanə etdi və məni həmin gün taksi ilə evə yola saldı".

İş üzrə şahid qismində ifadə verən Arzunun anası Zəminənin sözlərinə görə, qızı əmisi oğluna nişanlı olsa da, toy etmək üçün 18 yaşının tamam olmasını gözləməli olublar:

"Qızıma cehiz almaq üçün topladığım 12.000 manatı pul kisəsinə qoyaraq dolabda saxlayırdım. Arzu mənim icazəmlə oradan pul götürürdü. Təqsirləndirilən Ələsgəri əvvəllər tanımamışam. O, qızımla sosial şəbəkədə tanış olub, qızımla evlənəcəyi, vəkil vasitəsi ilə yaşını artıracağını yalandan vəd verib. Bu yolla qızımdan 11760 manat məbləğində pul alıb.

Avqustun 28-də Ələsgər qızımı evlənmək adı ilə aldadaraq Bakı şəhərinə aparıb. Orada "Astola" otelində zorla qeyri-təbii yolla cinsi əlaqədə olub. Arzunu axtardığımızı öyrəndikdən sonra onu Lerik rayonuna yola salıb".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələsgər 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi