Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88799
az

Ali Məhkəmə arvadını öldürən hakimlə bağlı QƏRAR VERDİ

13:2811 May, 2023
217
KRİMİNAL
  • A

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılıb. Hakimlər onun 7 illik həbs müddətini dəyişdirmədən saxlayıb.

Xatırladaq ki, Fəqan Əhmədov 2021-ci ci ilin mayında Nardarandakı bağ evində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib. P.Əhmədovanın valideynləri məhkəmə proseslərində Fəqan Əhmədovu bağışladıqlarını demişdilər.
 

Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş hakimə 10 il həbs cəzası vermiş, Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə endirmişdi.

F.Əhmədov hadisəni törədərkən Sabunçu Rayon Məhkəməsinin hakimi olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü