Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88792
az

Baş prokuror Yevlaxda vətəndaş qəbulu keçirəcək

11:2011 May, 2023
155
  • A
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 18-i saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, - məlumatda qeyd olunub. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
Naxçıvanda yüksək       vəzifəyə        TƏYİNAT
Kürdəxanıda yeni yol qovşağı- Video - Fotolar

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var