Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88781
az

SON DƏQİQƏ! Ermənistan tərəfi yaralı sayını açıqladı

09:4611 May, 2023
1307
SON DƏQİQƏ
  • A
Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb. Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. "Saat 07:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb ", - qurumdan bildirilib. Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyitlər gətirilir
7 nəfər Bakıya çatdırılıb
TƏCİLİ! Rusiya uçuşları dayandırdı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü