Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu24.com-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Oxu24.com
ŞƏRHLƏR