Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88751
az

Laçında dağ yamacına 8900 metrlik su xətti çəkildi

19:1410 May, 2023
711
QARABAĞ
  • A


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində mayın 10-da tarixi əhəmiyyətli hadisə ilə qeyd olunub.

OXU24.COM xəbər verir ki, Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən Laçın şəhərinin dağ yamacına 8900 metrlik su xətti çəkilib.


Təbii bulaq suyu 300 metr yüksəklik fərqi ilə heç bir nasos basıncı olmadan öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb.

Müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.

Həmçinin, mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa, Qubadlı istiqamətlərindən üç girişində Bakı Abadlıq Xidməti, DİN Laçın Polis şöbəsinin rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü