Ukrayna xarici işlər naziri Dmitri Kuleba Latın Amerikasına səfər edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat xidməti bildirib.
Kulebanın bu səfəri son 10 il ərzində Ukraynanın XİN başçısı səviyyəsində Latın Amerikasına ilk səfərdir.
Nazir bildirib ki, səfər regionun kommersiya və siyasi maraqlarını əhatə edir.
"Ukraynanın Latın Amerikası ölkələrinə unikal və çoxşaxəli təklifləri var", - ukraynalı nazir bildirib.
Kuleba onu da əlavə edib ki, qida məhsulları sahəsindən əlavə, Kiyev həmçinin texnoloji avadanlıqlar, rəqəmsal texnologiyalar sahəsində mütəxəssislərin hazırlanması üzrə xidmətlər təklif edir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR