Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88727
az

ABŞ Ukraynaya uzaqmənzilli raketlər verməkdən imtina edib

14:2210 May, 2023
165
DÜNYA
  • A

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli raketlərin tədarükünü elan edən Böyük Britaniyadan nümunə götürməkdən imtina edib.

Oxu24.com xəbər verir  ki,“Politico” məlumatlı mənbələrə istinadən yazır ki, Vaşinqton 310 km-ə qədər mənzilli ATACMS raketlərini Kiyevə ötürmək niyyətində deyil.


Onların fikrincə, Londonun qərarı Amerika rəsmilərinə “rahat nəfəs almağa” imkan verib, çünki Ukrayna artıq uzaqmənzilli silahlara malik olacaq və bununla bağlı ABŞ-a qarşı tənqidlər daha az olacaq.

Həmsöhbətlərdən biri vurğulayıb ki, ATACMS-i ötürməkdən imtina etməsinə baxmayaraq, Vaşinqton Ukraynanı “Patriot” kimi hava hücumundan müdafiə vasitələri, eləcə də sursat və zirehli texnika ilə təmin etməyə davam edəcək.

Eyni zamanda, Böyük Britaniya bir şərtlə Kiyevə uzaqmənzilli raketlər verməyə razılaşıb - onlardan Ukrayna ərazisindən kənarda hədəflərdə istifadə edilməməlidir, Politico-nun həmsöhbətlərindən biri qeyd edib. Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya dərin zərbələr endirməyə başlaması ilə bağlı narahatlıqlar Vaşinqtonun ATACMS təmin etməkdən imtina etməsinin səbəblərindən biri olaraq qalır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 100 mindən çox sakin       təxliyə       ediləcək
Simonyanın əri    komaya     düşüb
Yanğınlara görə İtaliyaya səfərini     təxirə    saldı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq    edənlər     saxlanılıb