Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88703
az

DTX rəisi: "Bu gün Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub"

10:3310 May, 2023
175
CƏMİYYƏT
  • A

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub”.

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur:

“Yeni müharibə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir”.

DTX rəisi vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub:

“Dövlət başçısı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir. Xalqımızı və müzəffər Ali Baş komandanı əmin edirik ki, Ulu Öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorulmadan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə yönələn hər cür plan və niyyətlərin qarşısını qətiyyətlə alacaq!”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah sükut olacaq
Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb
14 Azərbaycan vətəndaşı sağ qalıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı