Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88696
az

Həbsxanaya gələn şəxsin ayaqqabısından görün nə çıxdı

09:5410 May, 2023
166
KRİMİNAL
  • A
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına və 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Oxu24.com-a Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 29,120.2.2; 221.1; 228.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş və 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseyn Nizami oğlu Quliyevə tanışı Şahin Qəhrəman oğlu Bədəlov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,815 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,152 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub. Cinayət Məcəlləsinin 177.2.1; və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Namiq Əli oğlu Zülfüqarov 3 saylı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,211 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 0,3 qram olan Preqabalin dərman həbi aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı
Bank kartından      oğurluq      edildi
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı