Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88678
az

ABŞ-ın Florida ştatında çinlilərə əkin sahələri almağa qadağa qoyulub

22:0109 May, 2023
182
DÜNYA
  • A

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı gözlənilən Florida qubernatoru Ron DeSantis, çinli şəxslərin və təşkilatların kənd təsərrüfatı torpaqları və əyalət daxilində hərbi obyektlərin yaxınlığında torpaq almasına mane olan qanun layihəsini təsdiqləyib.

Oxu24.com xəbər verir  ki, bu  barədə  Florida qubernatorunun bəyanatında qeyd olunub.

Bu kontekstdə DeSantis, Çin və ÇKP filiallarına ABŞ vətəndaşları və ya daimi sakinlər olmadıqca Floridada əkinçilik torpaqları almağı qadağan edən qanun layihəsini qəbul edib.

DeSantis kənd təsərrüfatı torpaqlarının əcnəbilərə verilməsini məhdudlaşdırdıqlarını bildirib.

Qanun layihəsi həmçinin çinlilərin Floridadakı Amerika hərbi obyektlərinə yaxın ərazilərdən müəyyən ölçüdə torpaq almasına mane olur. Rusiya, Kuba, İran, Suriya və Venesuela vətəndaşlarına da hərbi bazaların yaxınlığında əmlak alması qadağan edilib.

DeSantis həmçinin universitetlərin və məktəblərin dövlət təhsil şurasının təsdiqi olmadan xarici təhsil müəssisəsindən qrant qəbul etməyi qadağan edən qanun layihəsini də imzalayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarici İşlər Nazirliyi Tramp komandası ilə təmaslardan danışıb
Zaxarova danışdı
Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Şahidlər danışır - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı