Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88676
az

Əsirlikdən qayıdan çeçen döyüşçü Kadırovdan üzr istəyib

21:3808 May, 2023
123
DÜNYA
  • A

Ukrayna əsirliyindən sonra Rusiyaya qayıdan “Şimal-Axmat” çeçen alayının döyüşçüsü Tamirlan Həmidov Çeçenistan rəhbəri Ramzan Kadırovdan və Ukraynada döyüşən çeçenlərdən ictimaiyyət qarşısında üzr istəyib.

 

Oxu24.com xəbər verir  ki, onun  çeçen dilində səsləndirilən videosu Kadırovun rəsmi teleqram kanalında yayımlanıb.


 Xamidov 2023-cü ilin fevralında Kadırova verilən titula görə Çeçenistan rəhbərini “xalqın atası” adlandırır. O, təslim olmağa sursat çatışmazlığı ilə haqq qazandıra bilməyəcəyini deyir və yenidən cəbhəyə gedəcəyini vəd edir. Həmidov Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə keçmiş məhbusların “canlarını verməyə” hazır olduqlarını da vurğulayır.

Xamidovdan başqa, aprelin ortalarında əsirlikdən Qroznıya daha dörd Kadırovçu qayıdıb. Sonra onların 2022-ci il dekabrın 14-də mərmi zərbəsi altında tutulduqları bildirildi. Çeçenistan parlamentinin sədri Maqomed Daudov qeyd edib ki, bu insanlar “cəsarət və vətənə sədaqət nümunəsi göstəriblər”.

Lakin Ramzan Kadırov onlarla görüşməkdən imtina edib, onları kifayət qədər hazırlıqlı olmamaqda günahlandırıb və təslim olmaqla bu yolla “döyüşdən yayınmağa” cəhd etmədiklərinə şübhə edib.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktauda qəzadan sağ çıxanlardan biriməşhur alimin qızı imiş - FOTO
Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı