Bakıda 32 yaşlı kişi bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə mayın 9-u saat 01:00 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu naməlum səbəbdən, döş qəfəsinin 1 bıçaq xəsarəti alıb.
Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisəni törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR