Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88578
az

Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib

12:4608 May, 2023
84
CƏMİYYƏT
  • A

Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib

 

Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən Kapital Bank 8 may – Beynəlxalq Talassemiya Günü ərəfəsində Azərbaycan Talassemiya Federasiyası ilə birgə ənənəvi qanvermə aksiyası keçirib. “Bir qan, bir can” şüarı ilə keçirilən qanvermə aksiyası 3 və 5 may 2023-cü il tarixində bankın baş ofisində olub.

 

Mərkəzi Qan Bankı tərəfindən ezam olunan tibb briqadasının həkim-hematoloqları Kapital Bank-ın əməkdaşlarının sağlamlıq durumunu yoxladıqdan sonra onların aksiyada iştirak etmələrinə icazə verib. Ümumi olaraq 100 nəfərdən artıq əməkdaş könüllü olaraq aksiyaya qoşularaq qana ehtiyacı olan uşaqlara dəstək göstərib.

 

Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha bir tələbə öldü - FOTO
Bazar gününün HAVA PROQNOZU açıqlandı
Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı