Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88571
az

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

11:1608 May, 2023
213
  • A
Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Oxu24.com “Financial Times”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq. Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”. Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Prezident onu təltif etdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Lənkəranda 30 yaşlı kişinin    meyiti     tapıldı