Oxu24.com xəbər verir ki,Rusiyanın Teleqram kanallarının yazdığına görə, Novosibirskdə təyyarə zavodunun ərazisində kamerası olan dron tapılıb.
Söhbət Su-34 bombardmançı təyyarələri istehsal edən, eyni zamanda Su-24 təyyarələrinin təmiri və modernləşdirilməsi ilə məşğul olan Çkalov adına Novosibirsk Aviasiya Zavodundan gedir.
Bundan əlavə, zavod S-70 “Okhotnik” ağır zərbə vuran pilotsuz bombardmançı istehsal etməyə hazırlaşır.
İddia olunur ki, kvadrokopter müəssisənin ərazisinə girişin yaxınlığında tapılıb. Dronun gövdəsinə əlavə batareya yapışdırılıb.
Baza xəbər verir ki, dron obyektin giriş-çıxışını izləyib. Nəşrin məlumatına görə, kamera darvazada hərəkəti qeydə alan hərəkət sensoru ilə təchiz edilib. Nəşr hesab edir ki, o, batareyası bitdikdən sonra yerə düşüb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR