Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88548
az

Kişinyovda hökumət əleyhinə mitinq başladı

23:0306 May, 2023
90
DÜNYA
  • A

Moldovanın paytaxtı Kişinyovda hökumət əleyhinə nümayiş keçirilir.

Oxu24.com xəbər verir   ki, yerli KİV-in məlumatına görə, aksiyanı Şor partiyasının fəalları və siyasətçilərinin daxil olduğu Xalq Uğrunda Hərəkat təşkil edib.


Mitinq iştirakçıları parlament binası yaxınlığında toplaşıblar. Onlar prezidentin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Nümayişçilər Kişinyovda mərkəzi avtomobil yolunun bir hissəsini müvəqqəti bağlayıblar.

Polisin məlumatına görə, 27 nəfər saxlanılaraq şəxsiyyətini yoxlamaq üçün polis bölməsinə aparılıb. Bundan əlavə, media yazır ki, saxlanılanların bəzilərində müxtəlif obyektləri yandırmaq niyyətində olan tez alışan maddələr aşkar edilib.

Etirazın təşkilatçılarından biri olan Xalq Uğrunda Hərəkat Moldova hakimiyyətini Kişinyovda aksiyaya gedən insanların nəqliyyatını kəsən polisin qanunsuz hərəkətlərində ittiham edib.

Etirazçılar özləri ilə “Biz artıq hesabı ödəyə bilmərik!”, “Hökumətdən xalqın borcunu ödəməsini tələb edirik!”, “Biz xalqıq!” yazıları olan plakatlar gətiriblər.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu