Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8853
az

Bu hallar kişilərdə cinsi gücü azaldır - Həkimdən həyəcanlı ÇAĞIRIŞ

16:0412 Yanvar, 2019
1118
TİBB
  • A
 Mütəxəssislər qeyd edir ki, müasir kişilər arasında potensiya problemləri xeyli artıb və cavanlaşıb.

Əvvəllər kişi gücünun zəiflənməsi adətən 60 yaşdan sonra qeyd olunurdusa, hal hazırda hətta 30-40 yaşlı kişilərdə bu problemə tez-tez rast gəlinir.

Bunun səbəbi nədir? Rusiyalı tanınmış həkim-androloq Ekaterina Makarova Komsomolskaya Pravdaya müsahibəsində bu haqda geniş məlumat verib.

Oxu24.com  bildirir ki, həkimin fikrinə görə, kişilər arasında potensiyanın azalması bir neçə amillə bağlıdır.

1. İlk amil qidalanmadır. Yağlı və xüsusilə şirin qidalardan sui-istifadə orqanizmdə "pis" xolesterinin yığılmasına səbəb olur. Xolesterin isə sabit ereksiyaya cavabdeh olan kişi hormonu testosteronun rəqibidir.

2. Digər amil artıq çəkidir. Kişilərdə piyin qarın nahiyəsində yığılması testosteronun səviyyəsinə mənfi təsir edir.

3. Azhərəkətli həyat tərzi kişilərdə kiçik çanaqda qan dövranının pisləşməsinə, durğunluq proseslərə və iltihabların (o cümlədən, prostatitin) riskinin artmasına səbəb olur.

4. Siqaret çəkmək və spirtli içkilərin qəbulu da potensiyanın zəiflənməsinə səbəb olur. Siqaret çəkən insanda damarlar sıxılır, qan dövranı pisləşır və bu da o cümlədən ereksiyaya mənfi təsir edir.

Spirtli içkilər orqanizmdə "pis" xolesterinin yığılmasına və testosteronun səviyyəsinin azalmasına səbəb olur.

5. Hal hazırda dəbdə olan və "ən sağlam qidalanma" kimi təqdim olunan vegetarianlıq da kişi cinsi gücünə mənfi təsir edən amillərdəndir.

6. Kişilərdə özgüvənin azalması, uzunmüddətli stress və depressiya da ereksiyanın zəiflənməsinə səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Bu xəstəxanalar pulsuz oldu
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi