Bakının Xətai rayonunda 53 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com-un xəbərinə görə, avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Məmmədova Rəsmiyyə Sabir qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR