Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR