Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8850
az

100-dən çox gömrük əməkdaşı işdən azad edildi - RƏSMİ

14:0412 Yanvar, 2019
803
CƏMİYYƏT
  • A
 "Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilib və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 mln. manat olub, 416 mln. manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb".

Oxu24.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

S.Mehdiyev bildirib ki, ötən il 117 gömrük əməkdaşı vəzifəsindən azad edilib:

"Xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək".

DGK sədri rəhbərlik etdiyi qurumun sənəd dövriyyəsini tamamilə elektronlaşdırdığını da qeyd edib:

"Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100%-ə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 077 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO