Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88487
az

Bu qidalar beyin hüceyrələrini öldürür

18:3306 May, 2023
115
CƏMİYYƏT
  • A

Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.

OXU24.COM  xəbər verir ki, dietoloqlar mağazada satılan hazır və ya şəkərli qidaların çoxunun beyin hüceyrələri üzərində olduqca mənfi təsirə malik olduğunu bildiriblər. Bu ərzaqlardan bəzilərini təqdim edirik:

Şəkərli qidalar həm çəkinin artmasına səbəb olur, həm də yaddaş zəifliyinə gətirib çıxarır.

Alkoqolun uzun müddətdə qəbulu qaraciyəri sıradan çıxarmaqla yanaşı, beyində zehni yorğunluğa və diqqətin zəifləməsinə səbəb olur.

Qızarmış yeməklərin piylənmə ilə birbaşa əlaqəsi olduğu məlumdur. Lakin mütəxəsssilər bu qidaların beyin hüceyrələrini yavaş-yavaş öldürdüyü qənaətindədir. Bəzi yağlar digərlərinə görə daha təhlükəlidir. Məsələn, çox qızdırılmış günəbaxan yağı ən zəhərli yağlardan hesab edilir. Dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər altsheymer xəstəliyi və beyin xərçəngi riskini artırır.

Çox duzlu yeməklər qan təzyiqini artırır və ürəyə ciddi ziyan vurur. Belə qidalar beyin qan dövranını pozur və nəticədə yaddaş problemi yaranır.

Süni şirinləşdirircilər arıqlamağa çalışan insanların ən çox istifadə etdiyi ərzaqdır. Bu şəkərəvəzedicilərin kalorisi az olsa da, xeyrindən çox ziyanı var. Belə ki, uzun müddət istifadəsi beyində ciddi problemlərə və göz xəstəliklərinə səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər