Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88471
az

Cənubi Koreyada ABŞ-nin qırıcısı qəzaya uğrayıb

23:0305 May, 2023
92
DÜNYA
  • A

ABŞ-yə məxsus F-16 qırıcısı Cənubi Koreyada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya komandanlığına istinadən məlumat yayıb.

Bildirilib ki, qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin KXDR ilə sərhədinə ən yaxın ABŞ Hərbi Hava Qüvvələri bazası olan Osan aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Pilot katapult olunub və xəstəxanaya yerləşdirilib, əhali arasında itki yoxdur.

Hadisənin baş verdiyi Köngido əyalətinin qubernatoru bildirib ki, yanğını söndürmək üçün yanğınsöndürənlər qəza yerinə göndərilib.

Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın Saratov vilayətində PUA hücumu olub

Qəzzada ölənlərin sayı 40,4 mini ötdü
Bu dəfə Ukrayna Belarusa XƏBƏRDARLIQ ETDİ


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO