Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8844
az

Günün qoroskopu: Səfər və ya səyahətdə ehtiyatlı olun12 Yanvar 2019

00:1612 Yanvar, 2019
1013
CƏMİYYƏT
  • A
Qoç - sakit işləmək imkanınız olacaq. Ünsiyyət dairəsini bir qədər məhdudlaşdırın. Hansısa mövzunu bir müddət diqqətsiz qoyubsunuzsa, əhvalınızı korlaya bilərlər.
İşdə rəhbərliyin də qatıldığı toplantıdan sonra aldığınız tapşırıqların sayı arta bilər.
Günün ikinci yarısı daha uğurlu olacaq. İşlərdə uzunmüddətli layihələrə və əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verin. Əlaqələr və əlavə ehtiyatlardan istifadə edin.
Hər şeyi yerbəyer etmək, qüvvə və resursları paylaşdırmaq, ətrafınızdakı insanlarla təmasları intensivləşdirmək üçün yaxşı zamandır.
Vaxtınızı ünsiyyətə yox, işlərə sərf edin. Ailədə işdən danışmayın. Yaxınlarınıza, sevdiklərinizə diqqətli olun, həssas davranın.
Yardım istəyənlərə dəstək verin.
Buğa - səbrli və təmkinli olun. Günün ilk yarısı ilə bağlı planlarınızı elə qurun ki, qəza və münaqişə riski minimuma ensin. Əsas məsələnin nə olduğunu anlamaq üçün dəyişiklikləri diqqətlə təhlil edin. Enerjiniz çoxdur və bu səbəbdən də çox iş görə bilərsiniz. İndi dağıtmaq, sökmək, atmaq, qurtulmaq yetərincə asandır.
Yaşam arealında təmizlik aparın. Amma yaxın ətrafınızdakı insanlardan da aktiv iştirak tələb etməyin. İşi hər kəs özü seçməlidir.
Maddi məsələlərdə təşəbbüskar olmayın, alış-verişi təxirə salın. Uzaqdan qəfil və maraqlı xəbər ala bilərsiniz. Yaşamınızda yeni mövzu formalaşır.
Yaxınlarınızı sevindirin.
Əkizlər - maliyyə məsələlərinə diqqətlə fikir verin. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Bütün işləri görmək mümkün olmasa da, əsas işləri fasiləsiz nəzarətdə saxlayın. Tərəfdaş və ya həmkarlarla bir araya gələrək perspektivləri müzakirə edin.
Yaşamınızda köklü dəyişikiklər etməyin. İndi tələsmədən, alınan məlumatları və yaxın ətrafınızdakı insanların reaksiyasını dəyərləndirərək çalışmaq gərəkdir.
Gələcəkdə təkbaşına işləyəndə çətiniklərlə üzləşən zaman yardım almaq istəyirsinizsə, ətrafınızdakı insanların problemlərinin həllinə qatılın, onlara yardım edin.
Səhhətinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - tempi azaldın, bir qədər ehtiyatlı davranın. Tərəfdaşların maraqlarını qulaqardına vurmayın, plan və öhdəlikləri razılaşdırın. Uğur məhsuldar əməkdaşlıq və yeni əlaqələrin yaradılmasından asılıdır.
Səhər saatlarında gərginlik az olmayacaq. Hisslər və emosiyaların əsiri olmayın. Səbrli, soyuqqanlı davranın, xırda məsələlərə görə qıcıqlanıb əsəbləşməyin.
Yaşam arealınızı qaydaya salın. Bir qədər tək qalın, fikirlərinizi rəvanlaşdırın. Axşam saatlarında gəzintiyə çıxın.
Şir - cari işlərin öhdəsindən gəlmək üçün maksimum səy göstərin. Çoxdan bəri hazırladığınız planların reallaşdırılmasına başlayın. Diqqətinizi ən mühüm məsələyə yönəldin.
Ciddi yanaşma və təfərrüatlı təhlil tələb edən situsiyalarda sayıq olun.
Tənbəl, süst, ətalətli olmayın. Şəxsi münasibətlərdə təşəbbüs zamanı deyil. Güzəştlərə getmək gərəkdir. Mübahisələr və həddən artıq emosional ünsiyyətdən yayının.
Alış-veriş zamanı deyil.
Səhhətinizə fikir verin.
Qız - aktiv olun. İşlərinizin ən mühüm istiqamətində ciddi olun. Bir işi bir dəfə görün, yaxın ətrafınızdakı insanların sizə əmr etmələrinə, göstəriş vermələrinə imkan verməyin. Səbirsizlik etməyin, düşünülməmiş qərarlar verməyin.
Daha çox effektivliyə nail olmaq üçün yeni işlərə başlamaq əvəzinə yarımçıq işləri bitirin.
Yalnız bundan sonra nə etmək barədə düşünmək olar.
Maddi məsələlərdə diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.
Böyük ümidlər bəslədiyiniz münasibətlərin inkişafına süni təkan verməyin. Qeyri-adi görüş, təklif, ideyalara fikir verin. Onlar faydalı ola bilər.
Bilik, bacarıq, informasiyaları paylaşmaq olar.
Tərəzi - praktik məsələlərin həlli, məsləhətləşmə, işgüzar məqamların bəlirlənməsi ilə məşğul olun. Günün ilk yarısında aqressiv təmayüllərin təsiri güclüdür.
Heç bir ciddi səbəb olmadan emosiyalarınız tarıma çəkilə bilər. Yaşanan olayların məzmununu anlamağa çalışın. Bu isə daxili böhran və ya önəmli saydığınız insanlardan biri ilə münasibətlərin pisləşməsinə səbəb ola bilər.
Orientirləri dəyişin. Amma situasiyadakı gərginliyi son həddə çatdırmayın. Sakit və konstruktiv olun.
Radikal qərarlar var. Mövqelərinizi dəyərləndirin. Kiçik itkilər sizi çox qayğılandırmamalıdır.
İnformasiya axtarışı, intellektual fəaliyyət xeyir verə bilər.
Əqrəb - səhər saatlarını təmkinlə, vurnuxma və təlaş olmadan keçirin. Kütlə olduğu yerdə ehtiyatlı davranın. Tanımadığınız insanlarla ünsiyyətdən yayının. Pullarınızı qoruyun.
Məhsuldar çalışın, perspektivləri aydın görməyə çalışın. Cari işlərlə məşğul olun, sənədlər və hesabatları hazırlayın. Müxtəlif instansiyalara planlaşdırdığınız vizitləri reallaşdırın. Tələsməsəniz və prioritetləri dürüst müəyyənləşdirsəniz, işgüzar əlaqələriniz pozitiv impuls alacaqlar.
Gərəkli işlər isə sizə lazımlı istiqamətdə hərəkətə gələcəklər.
Bəzi emosiyalarınızı pərdələyin, rasional olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqət, ehtiyatlılıq gərəkdir.
Oxatan - qəfil hadisələr, planların alt-üst olması, kəskin diskussiyalar günüdür. Münasibətlərdə həddi keçməyin, əks halda sonradan barışmalı olacaqsınız. İmkan varsa, bəyəndiyiniz işlə məşğul olun. Hisslərinizi rəvan saxlayaraq vaxtınızı faydalı işlərə sərf edin.
Praktiki məsələləri kollektivdə müzakirə edin. Çalışdığınız məkanda rekonstruksiya işləri aparmaq olar.
Günün ikinci yarısı müxtəlif instansiyalara baş çəkmək, hesabları ödəmək, ev ehtiyatlarını artırmaq üçün sərfəlidir.
Problemlərin həlli ilə bağlı nikbin mövqe tutun. Müşküllərin qəfil və qeyri-adi çözüm yollarını tapın.
Axşam saatlarında maraqlı məclis istisna deyil.
Oğlaq - emosional durumu qoruyun. Soyuqqanlı və təmkinli davransanız, çox işlər görə bilərsiniz. Konstruktiv dialoq çərçivəsindən çıxmayın, mənasız mübahisələrə başlamayın. Yaxın ətrafınızdakı insanlara onların ötənlərdəki səhvlərini və günahlarını xatırlatmayın.
İzafi ünsiyyətə qapılmayın, bütün diqqəti işə yönəldin.
Bəzi məqamlar və əşyalar olduğundan fərqli mənalar kəsb etməyə başlayır.
Heç bir ehtiyac olmadan riskə varmayın. Situasiyanın kəskinləşməsindən belə, öz xeyrinizə istifadə edin.
Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər.
Səfər və ya səyahətdə ehtiyatlı olun.
Dolça - çətin, qarışıq gündür. Gərginlik artır. Situasiya inkişafı, transformasiyanı tələb edir. Yaşanan saatlar ambisiyalarınızı artıra bilər. Tələskənliyə və vurnuxmaya baş qatmayın. Perspektivdə karınıza gələ biləcək informasiyanı dəyərləndirin.
Heç nədən hay-küy çox olacaq. Aldığınız xəbərləri təhil etsəniz, dəyərli məqamı aşkarlaya bilərsiniz. Nəyəsə nail olmaq istəyirsinizsə, emosiyalardan yararlanmayın, arqumentlərə xitab edin. Yaşamınızı çətinləşdirən məsələlərdən yararlanın.
Axşam saatlarında normal istirahət edin.
Yuxusuz qalmayın.
Balıqlar - konkret maddi işlər, təxirə salınmış planlar, səhvlərin düzəlməsi üçün əlverişli gündür. Yaşamınızın bəzi məsələlərində güzəştə getmək, nəyisə qurban vermək lazımdır. Yaxın gələcəkdə reallaşdırmaq istədiyiniz sıçrayış üçün yolu təmizləyin, faydalı dəyişiklikləri həyata keçirin.
Yaxın ətrafınızdakı insanların hisslərini və niyyətlərini anlamağa çalışın. Yaxşı istirahət etmək üçün neytral məşğuliyyət seçin.
Aktiv ünsiyyət yorğunluq və gərginlik hissi yarada bilər.
Səhhətinizə fikir verin. Pik yorğunluğa imkan verməyin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi