Rusiya müdafiə nazirinin sabiq müavini Mixail Mizintsev "Vaqner"ə qoşulub.
Oxu24.com CNN-ə istinadən xəbər verir ki, rusiyayönümlü hərbi bloger Aleksander Simonovun “Telegram”da paylaşdığı iki videoda "Vaqner" uniforması geyinmiş Mizintsevin Ukraynanın şərqindəki Baxmut şəhərini ziyarət etdiyi görünür. Mizintesvin "Vaqner"də komandir müavini vəzifəsi tutduğu açıqlanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin bazar günü açıqlamasında rəhbərlik dəyişikliyi edildiyi və müdafiə nazirinin logistika üzrə müavini Mizintsevin əvəzləndiyini açıqlayıb.
CNN-in məlumatında qeyd olunub ki, Mizintsev 2022-ci ilin sentyabrından bu vəzifədə olub və o, Mariupolun mühasirəsi zamanı nümayiş etdirdiyi qəddarlığı ilə reputasiya qazanıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR