Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88436
az

Bu ölkədə ölüm hökmü bərpa edilir

17:1605 May, 2023
120
DÜNYA
  • A

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə ölüm hökmünü bərpa etmək istəyir.

Oxu24.com  xəbər verir ki, bu barədə Vuçiç xalqa müraciətində bildirib.

Serbiya lideri vurğulayıb ki, ölüm hökmünün bərpasını hökumətə təklif edib:

“Mən Baş nazir Ana Brnabiçə edam cəzasını qaytarmağı təklif etdim, lakin o və hökumət buna qarşıdır, çünki bunu qəbul etdiyimiz zaman Avropada ölüm cəzası yalnız bizdə və Belarusda qüvvədə olacaq”.

Vuçiç bəzi konvensiyaların da ölüm hökmünün bərpasına qarşı olduğunu bildirib və əlavə edib ki, özü də bir zamanlar ölüm hökmünün əleyhinə olub, lakin belə bir siyasi mövqeyə malik olduğu üçün indi çox təəssüflənir.

Xatırladaq ki, 3 mayda Belqradın mərkəzindəki məktəbdə 13 yaşlı uşaq iki tapança və “Molotov kokteyli” ilə silahlanaraq təhsil müəssisəsinə gəlib və öz yaşıdlarına atəş açıb ki, bunun da nəticəsində 9 nəfər (səkkiz məktəbli və bir mühafizəçi) həlak olub.

Hadisə nəticəsində həmçinin altı uşaq və bir müəllim yaralanıb, onlar hazırda xəstəxanadadırlar.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktauda qəzadan sağ çıxanlardan biriməşhur alimin qızı imiş - FOTO
Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı