Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88424
az

Priqojin Vaqnerçilərin meyitləri önündə Şoyqu və Gerasimovu söydü – Video

13:1005 May, 2023
155
DÜNYA
  • A


“Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə öldürülümüş “Vaqner” döyüşçülərinin meyitləri önündə dayanaraq müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimova müraciət edib.

O, sursat tələb edib, həmçinin Şoyqu və Gerasimovu nalayiq sözlərlə təhqir edib.

“Bu oğlanlar “Vaqner”in bu gün həlak olan döyüşçüləridir. Mənə qulaq asın. Bunlar kiminsə ataları və oğullarıdır. Bizə silah-sursat verməyənlər cəhənnəmdə yanacaqlar. Bizdə 70% silah sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, hardadır silah-sursatlar?! Siz hamınız bahalı klublarda oturmusunuz. Sizin uşaqlarınız “Youtube”a videolar çəkirlər. Bu həyatın sahibi olduğunuzu və bu ölən döyüşçülərin həyatlarını idarə edə bildiyinizi düşünürsünüz. Düşünürsünüz ki, silah sursat anbarlarınız varsa, buna ixtiyarınız da var. Elementar hesablama normaları var. Silah-sursat normalarını versəniz, onlar (əli ilə meyitləri göstərir) 5 dəfə daha azdırlar. Onlar bura könüllü olaraq gəliblər. Və sizin kabinetlərinizdə yaxşı həyat yaşamağınız üçün ölüblər”, - Priqojin bildirib.

Sözgedən kadrlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, bir neçə aydır Ukraynanın kiçik sənaye şəhəri olan Baxmutda “Vaqner” və Ukrayna ordusu arasında şiddətli döyüşlər gedir. Bir müddət əvvəl “Vaqner” PMC məlumat yayaraq şəhəri nəzarətə götürdüklərini bəyan etsələr də, Ukrayna və müstəqil mənbələr bu məlumatı yalanlayıb. Davam edən şiddətli döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın dünyasını dəyişdiyi bildirilir.

Baxmutda isə demək olar ki, hər yer dağılıb.

Ölkənin şərqində yerləşən şəhər, həm də səkkiz aydan çoxdur Rusiya qüvvələrinin raket zərbələri altındadır.

Şəhər merinin müavini Oleksandr Marçenkonun mart ayında verdiyi açıqlamaya görə, burada cəmi bir neçə min mülki əhali qalıb ki, onlar da su, qaz və elektrik enerjisi olmadan yeraltı sığınacaqlarda yaşamağa məcbur qalıblar.

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı