Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88423
az

İrəvan ərazi iddialarını geri götürür - Paşinyan əlini daşın altından çəkir

12:5105 May, 2023
123
DÜNYA
  • A
 
 

Terroru dövlət siyasətinə çevirən, illər uzunu terrorçuları qəhrəmanlaşdırmaq siyasətini yürüdən Ermənistan bunun fəsadlarını yaşamaqdadır. Daşnak cəlladı, faşist əlaltısı Dronun İrəvanın mərkəzində ucaldılan heykəlinin ardınca, 1915-ci ildə Osmanlı rəsmilərinin məhv edildiyi "Nemesis" əməliyyatı iştirakçılarına abidə ucaldılan Ermənistana Türkiyə sərt reaksiya verib. Türkiyə bu addıma cavab olaraq Ermənistan aviaşirkətləri üçün hava məkanını bağlayıb.

Əsrlərdir ki, çirkin siyasətinin əsirinə çevrilən erməni cəmiyyəti hələ də anlamaq istəmir ki, bu cür siyasət onu rəzil duruma salır. Lakin təqdirəlayiq hal ondan ibarətdir ki, bu cür siyasətin erməni xalqı üçün hansı mənfi fəsadlara gətirib çıxardığını anlayan tək-tük şəxslər var. Və nə qədər təəccüblü olsa da, bunu etiraf edənlər arasında baş nazir Nikol Paşinyan da var. Elə onun baş verənlərə reaksiyasını götürək.

N.Paşinyan Türkiyənin hava məkanını bağlamasını başqasının deyil, Ermənistanın özü üçün problem adlandırıb. Abidə ucaldanların hərəkətini üstüörtülü şəkildə pisləyib və xatırladıb ki, Ermənistan artıq oxşar vəziyyətlə Njdenin abidəsinin ucaldılması zamanı yaşayıb. Paşinyanın sözlərinə görə, bədnam "Nemesis" əməliyyatının şərəfinə memorialın açılması ideyası iki il əvvəl müzakirə olunub. Və Paşinyanın "əgər bugünkü problemləri gözləyən hakimiyyət abidəni açmaqdan imtina etsəydi, milli ideyalara xəyanətdə ittihamlar alardı" bəyanatı baş nazirin acizliyindən çox, revanşist qüvvələri ittiham etməsindən xəbər verir. Paşinyan onu da vurğulayıb ki, Ermənistan demək olar ki, həmişə iqtisadi maraqlardan çox emosiyaları rəhbər tutur. "Ermənilər emosional xalqdır. Dövlət xalqı olmağın vaxtı çatıb", - deyən baş nazir qeyd edib ki, bu, Ermənistanın dövlətçiliyinin asılı olduğu çox çətin, lakin zəruri prosesdir. 

Yeri gəlmişkən, Rusiya mediası da bu məsələyə toxunur və qeyd edilir ki, Nikol Paşinyanın bəyanatında başqa bir maraq doğuran məqam baş nazirin aşağıdakı fikridir. "Ermənistan açıq şəkildə bildirməlidir ki, onun qonşu ölkələrə qarşı hər hansı bir ərazi iddiası yoxdur və olmayacaq. "Bu, bizə öz dövlətçiliyimizə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, hər dörd tərəfdən dövlətimizi məhv etməyə yönəlmiş hərəkətlər alacağıq", - Paşinyan bildirib. "Nezavisimaya qazeta" xatırladır ki, prezident İlham Əliyevin bəyanatı da buna uyğun səslənib. Şuşa şəhərində olarkən bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın da Azərbaycanın bir hissəsi kimi tanımış olacaq. "Ermənistanın özünün bu barədə Qərbdəki bəzi dostlarından daha açıq danışması vacibdir", - Əliyev vurğulayıb.

 

Rusiya nəşri sonda vurğulayır ki, bu gün Qarabağda bütövlükdə baş verənlər həm Əliyevin, həm də Paşinyanın dediklərini təsdiqləyir. "Ermənistanın baş naziri deputatlardan birinin Qarabağın ermənilər tərəfindən tərk edilmiş bəzi kəndlərində azərbaycanlılar tərəfindən məskunlaşdırıldığı barədə məlumatı ilə razılaşıb. Baş nazir qeyd edib ki, əslində, 2020-ci ildə üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları tərəfindən imzalanmış və qaçqınların öz evlərinə qayıtmaq hüquqları ilə bağlı üçtərəfli bəyanatın bəndlərindən biri məhz bu yolla yerinə yetirilir" deyə nəşr sonda yazıb.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya: Ölənlərin sayı 179-a çatdı
Putin İlham Əliyevə növbəti dəfə zəng etdi - Yeniləndi

Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır