Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8842
az

Bakıda dəhşətli ailə dramının detalları məlum oldu

23:1611 Yanvar, 2019
930
KRİMİNAL
  • A
 Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları - Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.

Oxu24.com xəbər verir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını “Sputnik Azərbaycan”a açıqlayıb.

Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb:

“Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq”.

Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyib və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıb. Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham edib və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi