Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88410
az

Vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxıldı

23:1804 May, 2023
179
CƏMİYYƏT
  • A

Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb.

Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə barəsində iş açılmış M.Ağayev sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərib Nadirova isə 4 il 3 ay həbs cəzası verilib.

Qeyd edək ki, məlum torpaq qalmaqalı həyatda olan 2 qadının ölmüş şəxs kimi qeydiyyata alınaraq onların adına olan torpaqların mənimsənilməsi faktı üzə çıxdıqdan sonra yaranmışdı. Bundan sonra çoxsaylı digər qanunsuz əməllər də üzə çıxıb. Türkan qəsəbəsi və ətraf ərazilərdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir neçə nəfər, həmçinin qəsəbənin icra nümayəndəsi də daxil olmaqla müxtəlif şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, bu işlə bağlı tutulanlar qəsəbədə Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda təqsirləndirilirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail paytaxta HÜCUM ETDİ -Ölənlər var
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü -VİDEO/YENİLƏNDİ
Salyandan üzücü xəbər gəldi -ÖLƏN VAR

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü