Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88408
az

Dünya dollardan imtina edir: Azərbaycana təsiri necə olacaq

21:2004 May, 2023
240
CƏMİYYƏT
  • A

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib ki, dünya tədricən dollardan imtina edir. BVF rəhbərinin sözlərinə görə, əvvəllər ehtiyatların 70%-i Amerika valyutasından ibarət idisə, indi bu rəqəm 60%-dən bir qədər aşağı düşüb.

Amma Georgiyeva dolların tamamilə çökməsi ilə bağlı müzakirələri bir qədər real qəbul etmir və onları şişirdilmiş hesab edir. BVF rəhbəri qeyd edib ki, hazırki situasiyada avro dollara yeganə rəqibdir. Bir sıra iqtisadçılar da Georgiyeva ilə razılaşıblar ki, hazırda dolların ehtiyat valyuta kimi alternativi yoxdur.

Bununla belə, son zamanlar beynəlxalq ekspertlər dollarla bağlı bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, qlobal böhran səbəbindən ABŞ valyutasının ucuzlaşması müşahidə ediləcək. Dünyanın əsas aparıcı valyuta sistemi olan dollar hazırkı cəlbediciliyini itirəcək.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı publika.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda dollara qarşı təhlükə yarada biləcək bir ölkə yoxdur.

"Söhbət hər hansı bir sonu olmayan, qeyri-real və populist çıxışlardan getmir. Söhbət real nəticə ortaya qoya bilən ölkələrdən gedir ki, bu da yoxdur. Düşünürəm ki, yaxın müddət - qarşıdakı 20-30 il ərzində dollar birmənalı olaraq rəqibsiz valyuta olaraq qalacaq. Bu gün dünyada valyuta ehtiyatlarının əhəmiyyətli hissəsi dollarda saxlanılır. Mübadilələr dollarda edilir".

Ekspert qeyd edib ki, buna səbəb dolların dünya valyuta sistemində aparıcı mövqe tutmasıdır.

"Bunun səbəbi nə onun keyfiyyəti, nə də rəngidir. Dolların belə olmasının səbəbi dünyanın ən böyük iqtisadiyyatına məxsus olmasıdır. Bu isə onu deməyə əsas verir ki, hansısa ölkə dollar valyutasını əvəzləyəcəksə, onda ABŞ-ı da əvəzləməlidir. ABŞ isə dünya iqtisadiyyatına liderlik etdiyi müddət ərzində bu mümkün deyil.

Digər bir məsələ isə ABŞ-a müttəfiq olan başqa bir ölkə Yaponiyadır. Yaponiya isə dünyanın ən böyük üçüncü iqtisadiyyatına malikdir.

Və dollarla bağlı Yaponiyanın hansısa bir problemi yoxdur. Dollar ilə problemi olanlar Amerikanın rəqibləridir. ÜDM və iqtisadiyyatına görə ilk onluğa daxil olan ölkələrin əksəriyyətinin ABŞ-la münasibətləri yaxşıdır. Belə olan təqdirdə bu ölkələrin də birləşərək dollara mənfi təsir göstərməsi real deyil. Sadəcə cəhdlər ola bilər",- deyə Əmirov yekunlaşdırıb.

İqtisadçı Akif Nəsirli qeyd edib ki, əgər dolların çöküşü başlasa, proses qısa müddətdə yekunlaşmayacaq.Onun sözlərinə görə, dollara alternativin yaradılması prosesi xeyli uzun çəkəcək.

"Bu istiqamətdə dünya maliyyə sektorunda rəqabətin yaranması bir neçə on il çəkəcək. Biz o zaman 2 -3 valyutanın rəqabətə girdiyi maliyyə bazarında manatımızı yalnız dollara görə hesablamayacağıq. Artıq manatın bir neçə valyutada möhkəmlənməsini nəzərdə tutacağıq. Məsələn Milli Bank ayda dörd yüz milyon dollar valyuta bazara çıxarırsa, bir-birinə rəqib 4 alternativ valyuta varsa, biz hər valyutadan 100 milyon çıxaracağıq. Ən yaxşı yol isə ölkə iqtisadiyyatında istehsal səviyyəsini yüksəldib, manatın məzənnəsini ixracla tənzimləməkdir. Bu halda biz dünyada hansı valyutanın olmasından asılı olmayaraq, öz siyasətimizi qura bilərik".

İqtisadçı hesab edir ki, dolların alternativi olmaq istəyən valyuta ölkəsinin birinci növbədə iqtisadiyyatı güclü olmalıdır.

A.Nəsirli ölkələrin dollardan imtina etməsi ilə bağlı səsləndirilən fikirlərin ciddi olmadığını bildirib:

"Bir sıra bəyanatlar var, lakin konkret addım yoxdur. Məsələn, Rusiya, İran, Çin, Hindistan bu istiqamətdə müəyyən deklarasiyalar imzalayıb bəyanatlar veriblər. Amma hələ ki, həmin ölkələr üçün dollardan imtina etmək mümkün olmayıb. Əslində o da yaxşı fikirdir ki, dünyada dollar hökmranlığına son qoyub alternativ valyutaların formalaşdırılması dünya maliyyə sektorunda, rəqabət mühitinin formalaşmasına və valyutaların inkişafına bir təkan verə bilər. Tutaq ki, ABŞ-da hər hansı bir dərin böhranın baş verməsi dolların müəyyən istiqamətlərdə zəifləməsinə gətirib çıxarır. Dollara alternativ ehtiyac olanda elə bir valyuta tapılmır. Neçə ildir avro dolların rəqabət səviyyəsinə daha çox yaxınlaşır. Amma hələ o səviyyəyə çatmayıb. Məlumdur ki, hazırda dünyada kriptovalyuta sektoru sürətlə inkişaf edir".

İqtisadçı hazırda qlobal iqtisadiyyatı transformasiya edən və gələcəkdə dollara da təsir edə biləcək rəqəmsal valyuta və aktivləri də xatırladıb:

"Dünya pulu" rolunu oynayan dolların fəaliyyətini kriptovalyutalar daha səmərəli şəkildə həyata keçirə bilir. Üstəgəl, son bir neçə ildə ölkənin milli valyutasının kriptovalyutası dövriyyəyə buraxılır. Kriptovalyutaların inkişafı, demək olar ki, dolların alternativinin yaranmasına, beynəlxalq maliyyə bazarında, dünya ticarətində alternativ valyutanın yaranmasına yol açır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir
Uçan naməlum obyektlər var? – Pentaqonun yeni hesabatı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi