Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyaya səfər edəcək.
Oxu24.com xəbər verirr ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
İkigünlük səfər çərçivəsində Paşinyan çexiyalı həmkarı Petr Fiala ilə görüşəcək.
Danışıqlardan sonra iki ölkənin baş nazirləri mətbuata açıqlamalar verəcəklər.
Paşinyanın Çexiya Prezidenti Petr Pavel və digər rəsmi şəxslərlə danışıqları da planlaşdırılıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR