Universitetdə birinci kurslar üçün təşkil olunan sərgidə biabırçılıq yaşanıb.
Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, Brayton universitetində birinci kurslar üçün təşkil olunan sərgidə "Sex Workers' Outreach Project (SWOP)" təşkilatına da masa ayrılıb.
"Fahişələrin əhatə dairəsinin genişlənməsi layihəsi" üçün ayrılan masada əxlaqsızlıq təbliğ edilib, tələbələrə pulsuz qoruyucu və kremlər verilib.
Həmçinin, keçirilən yarışda hədiyyə kimi erotik alt paltarları qoyulub.
Bu olay valideynlər arasında etirazlara səbəb olub. Onlar bunu "rəzalət" adlandırıblar.
Qeyd edək ki, SWOP Susseks qraflığında yaşayan qadınların seks işçisi kimi çalışmasına yardım olan təşkilatdır. Oxu24.com
ŞƏRHLƏR