Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88334
az

Polis Fərhad Əhmədovun yaxtasında axtarış aparıb

18:4603 May, 2023
188
REDAKTORUN SEÇİMİ
  • A

Alman polisi rusiyalı iş adamının 230 milyon dollarlıq lüks yaxtasına basqın edib.

Oxu24.com xəbər verir  ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.


Almaniya hakimiyyəti şəxsin  adını “məxfilik səbəbi ilə” açıqlamır. Eyni zamanda oliqarxın yaşı və 115 metrlik gəmi ilə bağlı məlumatlar da məlumdur.

Həmçinin bildirilir ki, həmin şəxs 2022-ci ilin aprelindən Aİ-nin sanksiya siyahısındadır və “Luna” yaxtası Almaniyanın şimalında dayanır.

Öz növbəsində Mash yazır ki, bu nəqliyyat növü rusiyalı iş adamı Fərhad Əhmədova məxsusdur.

Gəmidə qadağan olunmuş qiymətli əşyaların və dəbdəbəli əşyaların olub-olmadığını öyrənmək üçün Almaniya hökuməti donanma və federal təhlükəsizlik qüvvələrini cəlb edib. Hazırda yaxtada axtarış aparıldığı məlum olub.

Fərhad Əhmədov kimdir?

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar  investisiya cəlb edir,  1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

 

 

Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə  başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq,  Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O,   “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi. 

Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü. 

Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

 

Tərcümə:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya alanlara ŞAD XƏBƏR
Yeni il axşamı Moskvada zəlzələ ola bilər - Proqnoz
Heyvan bazarında kəskin bahalaşma: İnək neçəyə oldu? (VİDEO)

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu