Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88330
az

Tarif Şurası 95 dərmanın qiymətini təsdiqlədi

18:1003 May, 2023
113
CƏMİYYƏT
  • A

Tarif (qiymət) Şurasının 3 may 2023-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah sükut olacaq
İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı