Bakıda metrostansiyaların ətrafından velosipedlər oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosipedin Babək Abdullazadə oğurlayandığı aşkar edilib.
Müəyyən edilib ki, o, üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və müxtəlif şəxslərə satıb. B.Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bir qismi götürülüb. Babək Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR