Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88264
az

Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdi

11:4402 May, 2023
114
  • A
Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır. Oxu24.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Optimar” araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib. Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə “Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?” sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər. Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər. Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir. Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskinin ofisi vurulub?
Çexiya Rusiyanın məsuliyyət daşıyacağını açıqlayıb
Moldova qazın dayandırılmasından sonra ilk gündə elektrik enerjisinə olan tələbatını ödəyə bilib

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü