Qaynar xətt:

(+99450) 247 90 86

Abşeronda restoranda yanğın olub

CƏMİYYƏT

210

02.05.2023, 10:35

Abşeron rayonunda restoranda yanğın olub. Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.