Soyuducu tarixin ən böyük ixtiralarından biridir.
OXU24.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, bütün məhsullar soyuducuda saxlamaq üçün düzgün deyil.
1. Bütöv qarpız və yemiş
Birincisi qarpız və yemiş soyuducuda çox yer tutur. Həmçinin onların soyuducuda yetişmə prosesi dayanır. Buna görə də, qarpız və yemiş almısınızsa, onları otaq temperaturunda saxlayın.
2. Kartof
Kartofu soyuducuda saxladıqda tərkibindəki nişastalı kompleks karbohidratlarda kimyəvi dəyişikliklər baş verir. Məhz buna görə də kartofu yaxşı havalandırılan səbətdə və ya qutuda, birbaşa günəş işığından uzaq saxlayın.
3. Bal
Tərkibində yüksək şəkər olduğu üçün bal otaq temperaturunda xarab olmur, ona görə də balı soyuducuya qoymağa ehtiyac yoxdur. Həmçinin bal soyuduqda bərkiyir və kristallaşır.
4. Qəhvə
Soyuducuda qəhvə dənələri və ya üyüdülmüş qəhvəni saxlamaq olmaz. Öz dadını və ətirini itirəcək, həm də digər məhsulların qoxularını udacaq. Qəhvəni otaq temperaturunda şkafda saxlamaq daha yaxşıdır.
5. Pomidor
Soyuq, yetişmə prosesində maneə törədir və dadı öldürür. Pomidorları birbaşa günəş işığından uzaq bir rəfdə saxlayın.
6. Xiyar
Xiyar soyuğa çox həssasdır və otaq temperaturunda daha yaxşı olur.
7. Soğan
Aşağı temperatur və yüksək rütubət soğan üçün çox zərərlidir. Soğan yaxşı havalandırılan, qaranlıq və sərin yerdə saxlanılır.
8. Sarımsaq
Soyuducuda sarımsaq kifləşə və cücərməyə başlaya bilər. Buna görə də, sarımsağı otaq temperaturunda qaranlıq, yaxşı havalandırılan yerdə saxlayın.
9. Çörək
Çörəyi qutuda və ya şkafda saxlayın. Soyuducuda kiflənməsə də, köhnələcək və dadsız olacaq.
10. Bitki yağları
Zeytun, günəbaxan, kokos və digər bitki yağları aşağı temperaturda saxlamaq düzgün deyil. Çünki həmin yağları soyuducuya qoyulduqda tez sərtləşəcək. Onları sərin, qaranlıq yerdə saxlayın.
Oxu24.com
ŞƏRHLƏR