Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88110
az

"İnsanlara işgəncə verən Formula 1 yarışlarına bu ildən son qoyulmalıdır" - Deputat

21:1029 Aprel, 2023
123
CƏMİYYƏT
  • A


"Formula 1 yarışları 7 ildir Bakıda keçirilir. Bu yarışlara büdcədən nə qədər pul ayrılır, həmin vəsait necə xərclənir? Bütün bunlar hər il böyük ictimai müzakirələrə səbəb olur, və bu Hesablama Palatasının üzvlərini də narahat etməlidir. Mənim bu müraciətimi də Qanunun 20.5-ci maddəsinə uyğun olaraq, Milli Məclis üzvünün sorğusu, yaxud təklifi kimi qəbul edib iş planına salsınlar və yarışlardan sonra xalqa hesabat verilsin".

OXU24.COM  xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, yerli sakinlərin fikirləri öyrənilmədən belə yarışın tıxac problemi yaşayan çoxmilyonlu şəhərin mərkəzində keçirilməsi qəbuledilməzdir:

""Bələdiyyələrin statusu haqqında" qanunun 26-cı maddəsinə görə, yerli əhəmiyyətli məsələlərə dair rəy sorğusu keçirilə bilər. Amma bizdə bələdiyyə institutu 1999-cu ildən tətbiq olunsa da hər hansı bir bələdiyyədə hər hansı rəy sorğusunun keçirildiyini eşitməmişəm. "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3.2.1-ci maddəsində qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsini təşkil edir, bu barədə mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verir. Onlara rəy sorğusu keçirmək səlahiyyəti verilmir. Xalq Prezidenti və parlamenti seçirsə bu o demək deyil ki, onlar istədiyi qərarı qəbul edə bilər. İsveçrədə federal səviyyədə, ölkə miqyasında 2021-ci ildə 4 dəfə, 2022-ci ildə isə 3 dəfə referendum keçirilib. Bizdə isə hamı fikirləşir ki, referendum yalnız Konstitusiyaya dəyişiklik üçün küçirilə bilər. Təcili Olimpiya stadionunun yanında "Formula 1" yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır. Bu günlərdə mən saat 18:00 radələrində Milli Məclisin yanından "Gənclik" metrostansiyasına qədər 1 saat 20 dəqiqəyə getdim. Görün, indi şəhərin mərkəzində yaşayan insanlar nə qədər əziyyət çəkir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha bir tələbə öldü - FOTO
Bazar gününün HAVA PROQNOZU açıqlandı
Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı