Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88086
az

"Ağası Məşədibəyov dedi ki, səni Şövkət xanımla eyni otağa salacağam"

12:4429 Aprel, 2023
331
ŞOU-BİZNES
  • A

"Günün nəbzini tutan müğənnilərimiz azdır. Çoxu nədənsə maddiyat arxasınca qaçır. O da lazımdır, amma hər şey çərçivədə olmalıdır. Tələbələrimə də deyirəm ki, "öncə sənət üçün işləyin, sonra toylarınıza gedin". Toy da lazımdır, bu insanların maddiyatıdır. Mən də toya gedirəm, toyda qol-qanad açıb oynayıram. İstəyirəm ki, səsli müğənnilərimiz çox olsun. Elə müğənnilər, tələbələrimiz olub ki, onlar səslərinin qədrini bilməyiblər. Səslərinə baxmayıblar, səsləri də batıb. Bir də musiqi sənətinə gələn uşaqlar gərək uşaqlıq illərindən bu sənətlə məşğul olsunlar. Mən özüm uşaq olandan evdə səhnə düzəltmişdim.

Evimizə gələn qonaqlara konsert verirdim. Səhnəyə çıxıb, deyirdim ki, "oxuyur Zeynəb Xanlarova". Anam deyirdi ki, "öz adını de, axı sənin adın Zümrüddür". Ağlayırdım, deyirdim ki, görəsən nə vaxt oxuyacam?"

OXU24.COM  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib.

"Dünyanın100-dən çox ölkəsində olub, Azərbaycan musiqisini təbliğ etmişəm. Nə qədər mükafatlara, ordenlərə layiq görülmüşəm. Mən bu barədə çox təvazökaram. Efirlərdə çıxıb demirəm ki, bunu etmişəm, onu etmişəm. İncəsənət xadimi gərək efirə çıxıb özünü tərifləməsin. O yaratdığı, oxuduğu əsərlərlə sözünü deməlidir.

Onun haqqında başqaları danışmalıdır. İnanın Allaha küçəyə çıxa bilmirəm, insanlar ayaq saxlayıb, mahnılarımı, əsərlərimi sayırlar, oxuyurlar. O qədər xoş sözlər deyirlər ki, kövrəlirəm. Bu mənim üçün fəxrdir. Efirə çıxıb deyim ki, "mən bunu etmişəm, mən onu etmişəm". Borcumdur da, etməliyəm"  deyə sənətkar bildirib.

Xalq artisti Zümrüd Məmmədova bildirib ki, bir çox sənətkarlarla səhnəni bölüşüb.

"İslam Rzayev, Sara Qədimova, Şövkət Ələkbərova və s. sənətkarlarla səhnə bölüşmüşəm. Mən Filarmoniyaya işə düzələndə səhəri gün qastrol səfərinə göndərdilər. O vaxtlar 3 aylarla səfərə göndərirdilər.

Səhər qatarın qabağında Şövkət Ələkbərova, Elmira Rəhimova, İslam Rzayevi gördüm. Tək cavan qız mən idim. Öz-özümə düşünürdüm ki, mən bu insanların yanında necə rahat muğam oxuyacam? Ağası Məşədibəyov dedi ki, "Zümrüd, səni Şövkət xanımla eyni otağa salacam". Dedim ki, "məni Şövkət xanımla eyni otağa salmayın". Ağası müəllim dedi ki, "hamı yalvarır ki, Şövkət xanımla eyni otaqda qalım, sən niyə istəmirsən?". Çünki utanırdım. Oturub ağladım. Mənə dedi ki, "indi ağlayırsan, amma vaxt gələcək ki, fəxr edəcəksən, onun haqda müsahibə verəcəksən". 3 ay Şövkət xanımla bir otaqda qaldım. Şövkət xanım o qədər gözəl, sadə insan, böyük şəxsiyyət idi ki. Allah ona rəhmət etsin" deyə sənətkar bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aysun İsmayılova etiraf etdi:"Heç vaxt həyat yoldaşımı..."
Türkanın halı pisləşdi, studiyanı tərk etdi - Video
Zaur “Vətəndaş A”dan belə qisas aldı - VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi