Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88056
az

112 şokolada görə işdən çıxarılmışdı - Məhkəmədə şirkəti uddu

18:1228 Aprel, 2023
207
CƏMİYYƏT
  • A

Bakıda çalışdığı iş yerinin anbarında 112 şokoladı yediyinə görə işdən çıxarılan şəxslə bağlı yeni qərar verilib.

OXU24.COM  İctimai TV-yə istinadən xəbər verir ki, Ali Məhkəməyədək uzanan məhkəmə prosesinin yekununda qəbul edilən qərarla anbardarın iddiası təmin edilib və o, işinə bərpa edilib. 

Məhkəmə qərarı çıxarılarkən anbardarın yediyi şakoladların istifadə müddətinin başa çatmasına az qalması amili nəzərə alınıb və onun işdən kənarlaşdırıldığı günlər üçün də ödənişin edilməsi tələbi işəgötürənin üzərinə qoyulub.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda qida satışı şirkətlərdən birində geri qayıdan məhsullar üzrə anbar şöbəsində anbardar vəzifəsində çalışan şəxs cavabdehliyində olan və məşhur istehsalçılardan birinin məhsulu olan 112 ədəd fındıqlı şokoladı yeyib. Anbarda şokoladların sayı düz gəlmədikdə şirkət anbardar tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasını bildirərək onu işdən azad edib. Bununla razılaşmayan anbardar Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işçinin iddiasını təmin edib və onun işyerinə bərpa edilməsi barədə qərar çıxarıb.

Lakin cavabdeh tərəf anbardarla bağlı qərardan narazı qalaraq apellyasiya və kassasiya şikayəti verib. Yekunda yuxarı instansiya məhkəmələri də Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və anbardarın işinə qaytarılması qətiləşib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu